Qətərdə ABŞ ilə Taliblər arasında müzakirələrə yenidən start verilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353572-qətərdə_abŞ_ilə_taliblər_arasında_müzakirələrə_yenidən_start_verilib
Taliblərin sözçüsü bu qrup ilə Amerika arasında "sülh" müzakirələrinə Qətərdə yenidən start verildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2019 10:22 Asia/Baku
  • Qətərdə ABŞ ilə Taliblər arasında müzakirələrə yenidən start verilib
    Qətərdə ABŞ ilə Taliblər arasında müzakirələrə yenidən start verilib

Taliblərin sözçüsü bu qrup ilə Amerika arasında "sülh" müzakirələrinə Qətərdə yenidən start verildiyini bildirib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, taliblərin Duhadakı siyasi bürosunun sözçüsü Süheyl Şahin Amerika ilə taliblər arasında müzakirələrin yenidən başlanması xəbərini təsdiqləyib və bildirib ki, taliblərin bu müzakirələrdəki heyətinə Molla Əbdül-Qəni Bəradər başçılıq edir. 

O deyib: İki amerikan universitet müəlliminin buraxılması qarşılığında Bəqram həbsxanasından azad edilən terrorçu Həqqani qrupunun başçısının qardaşı Üns Həqqani dünəndən başlayan bu iki günlük iclasda işirak edir. 

Bu danışıqlar, Amerika tərəfindən üç ay öncə dayandırılan müzakirələrdən sonra ilk danışıqlar hesab olunur. 

Buna rəğmən Amerika və taliblər arasında Qətərdə keçirilən 9 mərhələdəki danışıqların Əfqanısta xalqı üçün heç bir faydası olmayıb və bu ölkədə savaş, toqquşma və terrorçu hücumlar davam etməkdədir.