Amerikanın İraqdakı yeni fitnəkar planı
-
Amerikanın İraqdakı yeni fitnəkar planı
İraqın xalq səfərbər qüvvələrindən bir neçəsinin ABŞ tərəfindən sanksiya edilməsindən sonra naməlum silahlı şəxslər aksiyaçıların üzərinə atəş açdılar və bir neçə aksiyaçını öldürdülər yaxudda yaraladılar.
Son bir neçə gecə ərzində Bağdad şəhərinin mərkəzi qeyri-stabil şəraitin şahidi olub və Əttəhrir və Əl-Xəllani meydanlarında qarşıdurmalar baş verib. Şahidlərin dediklərinə görə, naməlum silahlı şəxslər meydana girərək aksiyaçıları minomyotla hədəfə alıblar və nəticədə 85 nəfər ölüb və yaralanıb.
M- Üzlərini örtmüş naməlum şəxslər qəfildən xalqı atəşə tutdular mən ən azı 7 nəfərə güllə dəydiyini gördüm.
İndi sual olunur ki, bir neçə günlük nisbi sakitlikdən sonra nəyə görə bir daha Bağdada destabillik qayıdıb? Son iki gün ərzində baş verənləri nəzərdən keçirdikdə bu sualın cavabını tapmaq mümkündür.
Cümə axşamı Bağdad şəhəri dinc etirazçılara dəstək üçün geniş aksiyanın şahidi idi.
Cümə də dini mərcəiyyət Kərbəlanın cümə namazında səsləndirilən bəyanatında etirazçıları nüfuz edən ünsürlərdən uzaqlaşmağa çağırdı, bundan sonra xalqı küçələrə axışaraq dini mərcəiyyətin dediklərinə dəstək verdi və xalqın vəhdətinə və dinc aksiyalara təkid etdi.
Cümə günortadan sonra isə başqa bir hadisə baş verdi. Amerika xalq səfərbər qüvvələrin komandanlarından 4 nəfərini özünün qara siyahısına daxil etdi və onları öncə hazırlanmış ittihamlarla İraqdakı destabilliklərdə əli olmaqda ittiham etdi.
Bu hərəkətdən bir saat sonra aksiyaçıların neçə gündür oturaq aksiya keçirdikləri Bağdadın çox mərtəbəli avtomobil dayanacağı yandı və ardınca isə bir qrup naməlum şəxs insanları odlu silahla atəşə tutdular.
M-ABŞ səfirliyinin daxilində İraqda vəziyyəti ağırlaşdırmaq üçün nəhs planlar hazırlanır. Onların əsas məqsədi bu dəfə xalq səfərbər qüvvələridir. Onlar İŞİD-in bu xalq qüvvələri tərəfindən məhv edilməsinə görə, ondan intiqam almaq istəyirlər.
Şənbə günü naməlum PUA-nın Nəcəfdə seyid Müqtəda Sədrin atasının evinə hücumunda məqsəd də heç şübhəsiz İraqı daxili müharibə səmtinə sürükləməkdir.
İndi xalqın ümidi,dini mərcəiyyət və xalq ilə ordu və səfərbər qüvvələrin birliyinə qalıb və sadəcə bununla fitnə alovları nütfədə ikən sondurulə bilər.