İraqın daxili işlərinə qarışmaq barədə bəzi ölkələrə xəbərdarlıq edilib
İraqda “Əsaib Əhli Həqq” təşkilatının baş katibi İraqın daxili işlərinə qarışmaq və bu ölkə xalqının qırğın edilməsində iştiraka görə, əmirliklərə və ərəbistana xəbərdarlıq edib.
İraqda “Əsaib Əhli Həqq” təşkilatının baş katibi Qeys Xəzəli dünən İraqdakı son aksiyalarda bir qrup etirazçının öldürülməsinə toxunaraq deyib: Hamı bilir ki, bəzi qruplar Amerika, sionist rejim, ərəbistan və əmirliklərin himayələri ilə İraqı viran etmək niyyətindədirlər.
“Əsaib Əhli Həqq” təşkilatının baş katibi İraqın dini mərcələrinin bəzi xarici ölkələrin müdaxilələri barədəki xəbərdarlıqlarına işarə edib. Bildirib ki, bu əcnəbilərin hərəkətləri qarşısında sayıq olmaq və dayanmaq gərəkdir.
İraq xalqı oktyabrın birindən korrupsiya, işsizlik və ictimai xidmətlərin çatışmazlığına etiraz olaraq, bir həftə müddətinə Bağdadda və bu ölkənin digər şəhərlərində aksiya keçirib.
İraqın müxtəlif bölgələrində aksiyaların ikinci dalğası oktyabrın 25-dən başlanıb və hələ də davam edir.
İraqın müdafiə nazirliyi son zamanlar bir bəyanatda bildirib ki, İraqda fitnə və hərc-mərclik yaratmaq məqsədilə təhlükəsizlik qüvvələrinin və aksiyaçıların hədəfə alınmalarında üçüncü tərəf məsuliyyət daşıyır.