Liberman Netanyahunun koalisiya kabinetinin təşkili barədəki xahişini rədd edib
-
Liberman Netanyahunun koalisiya kabinetinin təşkili barədəki xahişini rədd edib
Bir sionist partiyanın sədri sionist rejimin baş nazirinin sağçı koalisiyaya qatılmaq barədəki xahişini rədd edib.
Sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman bu rejimin baş naziri və Likud partiyasının sədri Benyamin Netanyahunun koalisiya kabinetinin təşkili barədəki xahişini rədd edib. Bildirib ki, sionist rejim azlıq təşkil edən bir nazirlər kabineti çərçivəsində böhranlı duruma düşəcəkdir.
Netanyahu dünən axşamçağı yerdə qalan möhlətin başa çatmasından öncə nazirlər kabinetinin təşkili üzrə son səyində bu istiqamətdə Libermana koalisiya yaratmaq xahişini irəli sürdü.
Əgər qarşıdakı iki gündə nazirlər kabineti təşkil edilməzsə, sionist rejim cari ildə üçüncü knesset və ya parlament seçkiləri keçirmək səmtinə hərəkət etməyə məcbur olacaq.
Digər tərəfdən, Netanyahunun xahişi elə bir halda irəli sürülür ki, o, hətta Likud partiyasında belə, problemlə üzləşir. Partiya yoldaşlarından bir qrupu onun sədrliyini sual altına aparıbdır.