Müqavimət, Fələstin xalqının işğalçılar qarşısındakı mövqeyidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353785-müqavimət_fələstin_xalqının_işğalçılar_qarşısındakı_mövqeyidir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü deyib: Geniş müqavimət hər bir metod və vasitə ilə olursa-olsun, işğalçı sionist rejimlə mübarizə üçün Fələstin xalqının seçimidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2019 16:23 Asia/Baku
  • Müqavimət, Fələstin xalqının işğalçılar qarşısındakı mövqeyidir
    Müqavimət, Fələstin xalqının işğalçılar qarşısındakı mövqeyidir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü deyib: Geniş müqavimət hər bir metod və vasitə ilə olursa-olsun, işğalçı sionist rejimlə mübarizə üçün Fələstin xalqının seçimidir.

Əbdullətif Əlqanu fələstinlilərin “daş intifazəsi” adlandırılan birinci intifazəsinin başlanmasının 32-ci ildönümü günündə əlavə edib: Birinci intifazə işğalçı sionist rejimlə mübarizədə Fələstin xalqının fədakarlıq ruhiyyəsinin bərpasına səbəb oldu.

O, Fələstin xalqının mübarizələri və intifazəsinin davam etməsinə təkid edərək, bildirib ki, qayıdış yürüşləri və mühasirənin sındırılması Fələstin xalqının son mübarizə vasitəsi deyildir.

“Daş intifazəsi” adlandırılan birinci intifazə 1987-ci il dekabrın 9-dan Qəzzə zolağının şimalında yerləşən Cəbaliya didərginlər düşərgəsindən başlanaraq, digər Fələstin şəhər və düşərgələrinə çəkildi. Altı il sürən bu intifazədə 1300 fələstinli şəhid edildi.