Knessetin buraxılması və sionist rejimdə hakimiyyətin gələcəyi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353902-knessetin_buraxılması_və_sionist_rejimdə_hakimiyyətin_gələcəyi
Sionist rejim parlamenti- knessetin üzvləri bu gün səhər son yeddi ayda ikinci dəfə olaraq onun buraxılmasına səs verdilər ki, bu rejim bir ildə üçüncü dəfə parlament seçkilərinin keçirilməsinin şahidi olmuş olsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2019 10:15 Asia/Baku
  • Knessetin buraxılması və sionist rejimdə hakimiyyətin gələcəyi
    Knessetin buraxılması və sionist rejimdə hakimiyyətin gələcəyi

Sionist rejim parlamenti- knessetin üzvləri bu gün səhər son yeddi ayda ikinci dəfə olaraq onun buraxılmasına səs verdilər ki, bu rejim bir ildə üçüncü dəfə parlament seçkilərinin keçirilməsinin şahidi olmuş olsun.

Sionist rejim hələ də siyasi dalanın şahididir. Bu dalan onun 71 illik tarixində misli görünməmiş bir hadisə sayılır.

Hazırda gözlənilir ki, qanunvericilər yeni seçkilərin tarixini martın ikisi elan edəcəklər.

Sağ təmayüllü Likud partiyasından olan sionist rejimin baş naziri Benyamin Netanyahu və “Mavi-Ağ” koalisiyasından olan Beni Qants sentyabr ayında keçirilən seçkilərdə əksəriyyəti qazana bilməmişdilər.

Onların heç biri bu müddətdə əksəriyyətə malik koalisiya təşkil etməyə müvəffəq olmadı. Onlar yeni hökumətin təşkili barədə də razılığa çatmadılar.

İki tərəfin əksəriyyətə malik koalisiya təşkil etməkdə aciz qalmasına görə, sionist rejimin başçısı Reuven Rivlin onlardan koalisiya hökuməti yaratmağı istədi. Lakin hansı kəsin baş nazir olmalı olması üstündə hakimiyyətin bölüşdürülməsi üzrə danışıqlar dalana dirəndi.