Yəmənlilərin raket hücumunda onlarla səud muzduru öldürülüb
-
Yəmənlilərin raket hücumunda onlarla səud muzduru öldürülüb
İnformasiya qaynaqları Yəmənin ordusu və xalq komitələrinin raket əməliyyatında onlarla səud muzdurunun öldürülməsindən xəbər veriblər.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri dünən gecə bildirib ki, Əlcuf əyalətində səud muzdurlarının mövqelərinin “Qasim” raketi ilə hədəfə alınması onlarla muzdurun ölməsi və yaralanması ilə nəticələnib.
Yəmən silahlı qüvvələrinin sözçüsü qeyd edib ki, Yəmənin ordusu və xalq komitələri həmçinin səud muzdurlarının sərhəd bölgələrində irəliləmələrinin qarşısını ala biliblər.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.
Ərəbistan və onun Yəməndəki müttəfiqləri bu günə qədər on altı mindən çox yəmənlini qətlə yetirib, on minlərlə insanı yaralayıb və milyonlarla yəmənlini didərgin salıblar.