Dek 14, 2019 13:20 Asia/Baku
  • Fələstin müqaviməti yeni təhlükəsizlik nailiyyətini təqdim edəcək

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun üzvü deyib ki, bu hərəkat qarşıdakı günlərdə sionist rejim ilə mübarizədə yeni təhlükəsizlik nailiyyətini təqdim edəcək.

Fəthi Həmad cümə günü bu hərəkatın yaradılmasının 32-ci ildönümü münasibətilə Qəzzə zolağının şimalında keçirilən yürüşdə deyib: Həmas işğal olunmuş ərazilərin azad edilməsi üçün sionist rejimlə mübarizəni davam etdirəcək və Qəzzənin təhlükəsizliyini xətərə salmaq istəyəcək kəslərin əllərini kəsəcəkdir.

Fəthi Həmad həmçinin deyib: Fələstin İslami Müqavimət Hərəkatı əsirlərin mübadiləsi və azad edilməsi üzrə səyini davam etdirəcək.

On minlərlə fələstinli dünən Həmas-ın yaradılmasının 32-ci ildönümü münasibətilə Qəzzə zolağının şimalı və cənubunda yürüş keçiribdir.

Həmas 1987-ci ilin 14 dekabrında və “Daş İntifazəsi” adlanan ilk Fələstin intifazəsi ilə bir vaxtda təsis olundu və Fələstin xalqını müdafiə və onun əlindən alınmış hüquqlarının müqavimət yolu ilə geri qaytarılması tapşırığını üzərinə götürdü.

 

 

Teqlər