Səud koalisiyasının Yəmənin Səədə əyalətinə qarşı artilleriya hücumu
-
Səud koalisiyasının Yəmənin Səədə əyalətinə qarşı artilleriya hücumu
Təcavüzkar səud koalisiyası Yəmənin Səədə əyalətinin yaşayış massivlərini artilleriya hücumuna məruz qoyub.
Təcavüzkar səud koalisiyasının artilleriyası Səədə əyalətinin Razəh rayonunda yerləşən Musoubə kəndini və Şəban bölgəsini hədəfə alıbdır.
Bu hücumlarda iki yəmənli ölüb, üç nəfər də yaralanıbdır.
Təcavüzkar səud koalisiyası son günlər dəfələrlə Səədə əyalətindəki yaşayış massivlərini hədəfə alıbdır.
Ərəbistan və onun müttəfiqlərinin 2015-ci ilin mart ayından başlanan Yəməndəki militarizmi indiyədək on altı mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.
Səudiyyə Ərəbistanının hərbi təcavüzü həmçinin yoxsul Yəmən xalqını ağır qida və dərman qıtlığı ilə üzləşdiribdir..