Bağdadda ABŞ-ın müdaxilələrini pisləyən xalq aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354073-bağdadda_abŞ_ın_müdaxilələrini_pisləyən_xalq_aksiyası_keçirilib
Bağdad şəhərinin sakinləri və İraqda “Əsaib Əhlilhəqq” hərəkatının tərəfdarları ABŞ-ın bu ölkənin daxili işlərinə müdaxilələrinə qarşı aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2019 13:13 Asia/Baku
  • Bağdadda ABŞ-ın müdaxilələrini pisləyən xalq aksiyası keçirilib
    Bağdadda ABŞ-ın müdaxilələrini pisləyən xalq aksiyası keçirilib

Bağdad şəhərinin sakinləri və İraqda “Əsaib Əhlilhəqq” hərəkatının tərəfdarları ABŞ-ın bu ölkənin daxili işlərinə müdaxilələrinə qarşı aksiya keçiriblər.

Bağdad bir daha Amerikaya qarşı könüllü xalq aksiyalarının şahidi olub.

M.K- Amerikalılar əsla İraqı tərk etmək və ya bu ölkənin işlərinə müdaxilə etməmək təmayülünə malik olmayıblar. Onlar özlərini nadanlığa vururlar və elə bilirlər ki, İraq xalqı tərəfindən qəbul edilirlər. Amma elə bu xalq həmişə “Amerikaya ölüm!” şüarı veribdir.

M.K- Tramp başda olmaqla Amerikaya deyirik: İraqın işlərinə müdaxilə yetər. Bu ölkənin taleyini, xarici, xüsusən amerikan müdaxilələr deyil, yalnız İraq xalqının özü təyin etməlidir.

Bu aksiyanın iştirakçıları ABŞ-ın müdaxilə mahiyyətli siyastələrini tənqid edərək, “Əsaib Əhlilhəqq” hərəkatının rəhbəri Qeys Ali-Xəzəli daxil olmaqla islami müqavimət başçılarından bəzilərinin adlarının Amerikanın qara siyahısına salınmasına qarşı öz nifrətlərini elan ediblər.

M.K- Onlar bəzi mübariz liderlərin adlarını Amerikanın terrorizm siyahısına salıblar və bilmirlər ki, Amerikanın qara siyahısında yerləşmək xalq səfərbər qüvvələri üçün bir iftixardır. Bu səfərbər qüvvələr heç vaxt Amerikanın qarşısında zillətə boyun əymədi.

Bu aksiyada diqqəti çəkən məsələ, qəsbkar sionist rejimin və bəzi ərəb başçılarının müqəvvaları olubdur. Bu müqəvvalar aksiyaçı gənclər tərəfindən yandırılıbdır. Bu addımda məqsəd, İraq xalqının Amerikanın, sionist rejimin və Ərəbistanın bu ölkənin daxili işlərinə qarışma siyasətlərinə qarşı müxalifət mesajını çatdırmaq olubdur.