Dek 17, 2019 13:56 Asia/Baku
  • Əlhusi: Yəmən savaşının xərci Ərəbistan üçün ildə 60 milyard dollardır
    Əlhusi: Yəmən savaşının xərci Ərəbistan üçün ildə 60 milyard dollardır

Yəmən Ali İnqilab Şurasının sədri Muhəmməd Əli Əlhusi bildirib ki, Ərəbistanın yəmənlilərə qarşı savaşda aylıq xərci beş milyard dollar təxmin edilir.

Muhəmməd Əli Əlhusi tvitter-dəki yazısında belə bir sual verib: Bu hesabla Ərəbistan təqribən beş il ərzində Yəməni dağıtmaq, mühasirə etmək və Yəmən xalqını ac saxlamaq üçün nə qədər xərcləyibdir? Bu ölkə hər il təkcə öz idarə işçilərinin maaşlarını ödəmək üçün iki milyard dollara ehtiyac duyur.

Əlhusi həmçinin ərəb koalisiyasında iştirak edən ölkələrin adlarını çəkmədən bildirib ki, 16 ölkə Yəmənə qarşı savaşda ərəb koalisiyası formasında iştirak edib, amma məlum deyil ki, bu ölkələrin Yəməndəki savaşlarının xərci neçə hesab olunur və bu müharibənin qalibi və məğlubu kimdir?

“Amerikan Sinker” araşdırma mərkəzi bundan öncə bildirmişdi ki, Ərəbistan hər gün muzdurları işə götürmək və hərbi silahlar üçün 200 milyon dollar pul xərcləyib.

Bu araşdırma mərkəzi elan etmişdi ki, Ərəbistan 2015-ci ilin iyul aynın ortalarından 2018-ci ilin sentyabrınadək Yəməndə 39 min 700 hərbi əməliyyat həyata keçirib və 91 min 600 nəfər bu hücumlarda öldürülübdür.

 

 

Teqlər