BMT nümayəndəsi və Ənsarullah-ın baş katibi Yəmən hadisələri barədə məşvərət ediblər
-
BMT nümayəndəsi və Ənsarullah-ın baş katibi Yəmən hadisələri barədə məşvərət ediblər
BMT-nin Yəmənə göndərilmiş nümayəndəsi Martin Qrifits Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyyid Əbdulməlik Bədrəddin Əlhusi ilə son Yəmən olayları barədə danışıb.
Seyyid Əbdulməlik Bədrəddin Əlhusi Martin Qrifits ilə görüşdə Ənsarullahın bu sahədə göstərilən bütün səylərlə yanaşı məsuliyyətli və ciddi anlaşma və sülh üzrə həmişəki təmayülünə və sabit mövqeyinə təkid edib.
Seyyid Əbdulməlik Bədrəddin bu görüşdə həmçinin təcavüzkar ölkələrdə və onların muzdurları tərəfindən yəmənlilərə qarşı edilən qeyri-insani rəftarlara toxunaraq, yəmənli məhbuslar və əsirlər barədə humanitar hərəkətlərin gücləndirilməsinin önəminə təkid edib.
Bu görüşdə Qrifits də əsirlərin faciəli məsələsinə işarə edərək, əsirlər məsələsinin həlli üçün iki tərəfin əməkdaşlıq etməsini istəyib.
Qrifits həmçinin Yəmənin Əldərihmi şəhərinin mühasirəsi, Səna hava limanının bağlı qalmasnın davam etməsi, mühasirə və hücumların şiddətləndirdiyi qeyr-insani vəziyyətə təkid edib.