Əl-Hudeydənin valisi BMT-ni atəşkəs rejiminin pozulmasında təqsirkar adlandırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354279-Əl_hudeydənin_valisi_bmt_ni_atəşkəs_rejiminin_pozulmasında_təqsirkar_adlandırıb
Yəmənin Əl-Hudeydə vilayətinin valisi BMT-ni Səud koalisiyasının atəşkəs rejimini pozmasına qarşı passiv olmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2019 16:45 Asia/Baku
  • Əl-Hudeydənin valisi BMT-ni atəşkəs rejiminin pozulmasında təqsirkar adlandırıb
    Əl-Hudeydənin valisi BMT-ni atəşkəs rejiminin pozulmasında təqsirkar adlandırıb

Yəmənin Əl-Hudeydə vilayətinin valisi BMT-ni Səud koalisiyasının atəşkəs rejimini pozmasına qarşı passiv olmaqda ittiham edib.

Yəmənin ƏL-Məsirə telekanalının məlumatına görə, Muhəmməd Əyyaş Qəhim deyib ki, Səud rejiminin rəhbərlik etdiyi koalisiya indiyə kimi Yəmənin qərbində yerləşən Əl-Hudeydə vilayətində 30 min dəfədən cox atəşkəs rejimini pozub və BMT mütəmadi olaraq bu məsələyə laqeyd yanaşıb.

Əl-Hudeydə valisi əlavə edib ki, BMT-nin Səud koalisiyasının düşmənçilik hərəkətklərinə belə laqeyd yanaşması İsveç anlaşmasını pozmaq üçün onlara yaşıl işıq göstərmək deməkdir.

Onun sözlərinə görə, Yəmən xalqı səudiyyəli təcavüzkarlar tərəfindən atəşkəsin pozulması qarşısında təmkinlik göstərib, ancaq onun səbri bu düşmənçilik hərəkətlərinin davam etməsi ilə tükənə bilər.

İsveçin Stokholm şəhərində Səna və Ər-Riyadan gələn nümayəndə heyətlərinin iştirakı ilə əldə olunan razılaşmaya əsasən atəşkəs rejimi Yəmənin qərbində yerləşən Əl-Hudeydə vilayətində 2018-ci il dekabrın 18-i səhər saatlarından qüvvəyə minib, lakin Səud koalisiyası hər gün onu pozur.

Əl-Hudeydə limanı Yəmənə humanitar yardımların çatdırılması üçün ən əsas yoldur.

Yəmən sülh müzakirələrinin dördüncü turu 2018-ci il dekabrın 6-dan BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi "Martin Qriffits"in başçılığı və yəmənli tərəflərin iştirakı ilə İsveçin Stokholm şəhərində işə başlayıb və 2018-ci il dekabrın 13-ü Əl-Hudeydədə atəşkəsin bərqərarına dair razılaşmanın əldə olunması ilə sona çatıb.

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə ölkənin himayəsi ilə 2015-ci il mart ayı Yəmənə təcavüz etməyə başladı və bu ölkəni hava, quru və dənizdən mühasirəyə aldı. Ərəbistan və onun müttəfiqlərinin avantürası indiyə kimi 16 mindən çox yəmənlinin ölümü,  minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.