Rəəsuləyn partlayışında 5 nəfər ölüb, 15 nəfər yaralanıb
-
Rəəsuləyn partlayışında 5 nəfər ölüb, 15 nəfər yaralanıb
Suriyanın Əlhəsəkə vilayətində yerləşən Rəəsuləyn şəhərindəki partlayış nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Çərşənbə günü axşam Rəəsuləyn şəhərinin qərbində yerləşən Məbruk qəsəbəsindəki bir restoranın yaxınlığında bomba qoyulmuş bir avtomobil partlayıb.
Bu partlayışdakı yaralılardan bəzilərinin cismani durumu ağır elan olunubdur.
Rəəsuləyn Əlhəsəkə vilayətinin şimal-qərbində, Suriya-Türkiyə sərhədində yerləşir.
Türkiyənin işğalçılığının ardınca Suriyanın şimal şəhərləri vaxtaşırı bomba qoyulmuş avtomobil və motosikletlərin partlamasının şahididirlər.
Türkiyə ordusu "terrorizmlə mübarizə" və "Suriya-Türkiyə sərhədini Ankaranın terrorçu adlandırdığı kürd yarımhərbçilərdən təmizləmə" bəhanəsi və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın əmri ilə oktyabrın 9-dan səkkiz gün müddətinə Suriyanın şimalına hücum etdi.