Təcavüzkar səud koalisiyasının hücumları və Yəməndə insan böhranı davam edir
-
Təcavüzkar səud koalisiyasının hücumları və Yəməndə insan böhranı davam edir
Səud koalisiyasının Yəmənə təcavüzlərinin və bu ölkənin infrastrukturlarını dağıtmasının davam etməsi Yəmən xalqının təqribən üçdə iki hissəsini içməli su əldə və tibbi yardımlardan istifadə etməkdən məhrum edibdir.
Bu yəmənli qadın, eləcə də ölkələrinə qarşı təcavüzün davam etməsi və silahlı şəxslər və muzdurların yiyələnmələri səbəbindən öz bölgələrindən çıxmış şəxslər üçün uşaqlara su aparmaq adi bir məsələyə çevrilibdir. Yüz minlərlə yəmənli primitiv yaşayış vasitələrinə malik olmayan bölgələrdə yaşamağa məcbur olub.
Qaliyə Abdullah, yəmənli didərgin qadın deyib: Su əldə etmək üçün hər gün iki dəfə buraya gəlirik. Səhər altı çəlləyi su ilə doldururam. Günortadan sonra da gəlirəm ki, bir daha altı çəlləyi su ilə dolduram. Bu bölgədə başqa bir su nasosu yoxdur.
Müxbir əlavə edib: Ailələrə su aparmaq üçün uzaq məsafələr keçilməlidir və bəzən bu məsafə 20 kilometrə də çatır. Bu, yəmənli didərginlər üçün yeganə problem deyil. Zira mövcud olan sular içməli deyildir.
Yəmənli xəstə bir uşağın atası olan Əli Muhəmməd deyib: Uşaqlar suyu içəndən sonra xəstələnirlər. Bu üzdən, xəstəxanaya gedirik. Çünki təmiz su yoxdur. Mövcud sular ya hovuzlardadır, ya da ki, su anbarlarında. Bu da uşaqların xəstələnmələrinə bais olur.
Cüzi imkanlara və az sayda təchizatlara malik olan tibb mərkəzlrəinə müraciət didərgin və qeyri-didərgin ailələr üçün adi məsələyə çevrilib. Döyüşlərin davam etməsi üzündən, hətta dağılmamış tibb mərkəzlərinə belə, çatmayan dərmanın çatışmazlığı nəticəsində uşaqların həzm sistemi xəstəliklərinin müalicəsi böhrana çevrilibdir.
Yəməndə bir səhiyyə mərkəzinin müdiri olan Muhəmməd Əlşərəbi deyib: Kəskin ishala düçar olmuş təqribən 1300 nəfəri qəbul etdik. Onların əksər hissəsi suların çirkli olmasına görə bu xəstəliyə mübtəla olub. Havanın yüksək temperaturu suya ziyan vurur. Suyun butılka və çəlləklərdə uzun müddət saxlanılması onlarda bakteriyaların inkişaf etməsinə bais olubdur.
Rəsmi məlumatlara görə, 29 milyon nəfərə yaxın olan Yəmən sakinlərinin təqribən üçdə iki hissəsi lazımi tibbi mühafizədən məhrumdur. Onların əksər hissəsi içməli və təmiz su əldə edə bilmir. Xüsusən ona görə ki, səud təcavüzkarlarının hücumları nəticəsində ölkənin bir çox bölgəsində kanalizasiya sistemi, həmçinin evlərə suyun ötürülməsi və təmizlənməsi mərkəzləri tamamilə dağılıbdır.