Tvitter minlərlə ərəbistanlı istifadəçinin hesabını bağlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354396-tvitter_minlərlə_ərəbistanlı_istifadəçinin_hesabını_bağlayıb
Tvitter sosial şəbəkəsi ekstremizmi yaymağa və terror fəaliyyətlərinə görə, minlərlə ərəbistanlı istifadəçinin hesabını bağlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2019 06:59 Asia/Baku
  • Tvitter minlərlə ərəbistanlı istifadəçinin hesabını bağlayıb

Tvitter sosial şəbəkəsi ekstremizmi yaymağa və terror fəaliyyətlərinə görə, minlərlə ərəbistanlı istifadəçinin hesabını bağlayıb.

Tvitter bildirib ki, ekstremizmi yaymağa, terror fəaliyyətlərinə və səud başçılarının tabeliyində olmasına görə, Ərəbistana aid olan altı min istifadəçi hesabını bağlayıbdır.

Tvitter vurğulayıbdır ki, bağlanmış hesabların bir çoxu səud rəsmilərinə aid olubdur.

Tvitter-in açıqlamasında deyilir: Bu hesablar səud rəsmilərinə dəstək istiqamətində olan mesaj və mətləbləri mübaliğə yolu ilə yenidən nəşr edir, bəyənir və mesajlara cavabı təbliğ edirdilər.

Tvitter bildirib ki, öz araşdırmalarında “Səmaət” şirkətinə aid olan istifadəçi hesablamalarına çatıb və onların hamısını bağlayıbdır.

Bu şirkət səud vəliəhdi Muhəmməd bin Salmanın xüsusi ofisinin müdiri Bədr Ələskərə və Əhməd Əlcəbreynə aiddir. Onların ikisi də tvitter-dən casusluqda ittiham olunur.

Tvitter bu qənaətdədir ki, səudların istifadəçi hesabları Qərbdə İrana qarşı sanksiyalar üstündə irəli sürülən bəhslər prosesinə təsir göstərməyə çalışırlar.

Tvitter şirkəti bundan öncə də digər ölkələrə qarşı media hücumuna görə, əmirliklərə və Misirə aid olan dörd min istifadəçi hesabını silmiş və ya dayandırmışdı.

Ərəbistan ötən illərdə “Etidal” adı altında bir mərkəz yaradıb və iddia edir ki, bu mərkəz terrorizmlə mübarizə istiqamətində fəaliyyət göstərir, amma belə təxminlər edilir ki, bu mərkəz daha çox virtual mühitdə, xüsusən tvitter-də ekstremizmi yaymaq və səudları təbliğ etməklə məşğuldur.

Ərəbistan vəhhabilik xüsusiyyət təşkil etməklə ekstremist təfəkkürləri yaymaq üçün milyonlarla dollar xərc çəkir.