ABŞ-ın yeni hərbi karvanı Suriyanın neft bölgələrinə daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354450-abŞ_ın_yeni_hərbi_karvanı_suriyanın_neft_bölgələrinə_daxil_olub
Amerika öz işğalı altında olan Suriyanın neft bölgələrindəki mövqeyini gücləndirmək üçün bir hərbi karvanı Əlhəsəkə vilayətinə daxil edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2019 16:40 Asia/Baku
  • ABŞ-ın yeni hərbi karvanı Suriyanın neft bölgələrinə daxil olub
    ABŞ-ın yeni hərbi karvanı Suriyanın neft bölgələrinə daxil olub

Amerika öz işğalı altında olan Suriyanın neft bölgələrindəki mövqeyini gücləndirmək üçün bir hərbi karvanı Əlhəsəkə vilayətinə daxil edibdir.

Amerikanın hərbi karvanı hərbi təchizat daşıyan avtomobillərdən təşkil olunub və qanunsuz şəkildə Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətindəki Qamışlı şəhərinə daxil olubdur.

Suriyanın media mənbələrinin bildirdiklərinə görə, ötən bir neçə ay ərzində bu, ən iri hərbi karvandır ki, Amerika öz işğalı altında olan Suriyanın neft bölgələrindəki mövqeyini gücləndirmək üçün Əlhəsəkə vilayətinə daxil edibdir.

İşğalçı Amerika qüvvələri ötən bir neçə ayda Suriyanın nefti və sərvətini qarət etmək məqsədilə silah və hərbi təchizat daşıyan minlərlə yük maşınını qanunsuz keçidlərlə Əlhəsəkəyə daxil ediblər.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Əlcəfəri son zamanlar Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, Amerika Suriyanın neft quyularını işğal edib və Suriya xalqının gəlirləri Təhlükəsizlik Şurasının susması nəticəsində tarac olur.