Əşrəf Qəninin Əfqanıstan prezident seçkilərində qalib gəlməsi rədd olunub
-
Əşrəf Qəninin Əfqanıstan prezident seçkilərində qalib gəlməsi rədd olunub
Abdullah Abdullahın sədrlik etdiyi sabitlik və inteqrasiya seçki qərargahı Əfqanıstan seçki komissiyası tərəfindən elan oluan nəticələri rədd edib.
Sabitlik və inteqrasiya seçki qərargahı bir açıqlamada qeyd edib ki, müstəqil seçki komissiyası tərəfindən Əfqanıstan prezident seçkilərinin Əşrəf Qəninin qələbəsinə dair ilkin nəticələrinin elan olunması qanunsuz olaraq, qəbulediləsi deyildir.
Bu qərargah Əfqanıstan seçki komissiyasını saxtakarlıqda və səslərin sayılışında manipulyasiyada ittiham edib. Vurğulayıb ki, sabitlik və inteqrasiya seçki qərargahı Əfqanıstan xalqının pak səsini müdafiə edir və bu sahədə bütün qanuni vasitələrdən istifadə edəcəkdir.
Son məlumatlara görə, Əfqanıstan müstəqil seçki komissiyasının sədri bu gün səhər Kabildə keçirdiyi bir mətbuat konfransında bildirib ki, Əfqanıstan prezidenti səslərin əlli tam yüzdə altmış dörd faizini əldə edərək, Əfqanıstan prezident seçkilərində verilmiş səslərin əksər hissəsini qazanıbdır.
Həvvaelm Nurestani əlavə edib: Muhəmməd Əşrəf Qəni öndə gedir və Abdullah Abdullah səslərin 39,52 faizini qazanaraq, ikinci yerdə durur.
Nurestani qeyd edibdir ki, Gülbəddin Hikmətyar və Rəhmətullah Nəbil isə müvafiq olaraq, üçünü və dördüncü yerlərdə gedirlər.
O, əlavə edib ki, bu nəticələr qəti deyil və dəyişilə bilər.
Əfqanıstan prezident seçkiləri sentyabrın 28-də keçirilib, amma onun nəticələrinin elan olunması üç dəfə təxirə salınıbdır.