Suriya ordusunun İdlib ətrafında irəliləyişləri davam edir
Dek 23, 2019 06:53 Asia/Baku
-
Suriya ordusunun İdlib ətrafında irəliləyişləri davam edir
Suriya ordusu dünən terrorçu-təkfirçi Cəbhətünnüsrə qrupunun əsas bazalarından biri olan İdlibin ətrafında yerləşən Əttəh qəsəbəsini geri alıb.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Suriya ordusu dünən Əttəh qəsəbəsindən əlavə İdlibin cənub şərqində yerləşən 8 kəndi də terrorçularla kəskin toqquşmalardan sonra azad edib və həmin əraziləri terrorçular və onlarla əlaqədə olan ünsürlərdən təmizləyib. Beləliklə Suriya ordusu Cərcnaz qəsəbəsinin 3 kilometrliyinə çatıb. Həmin qəsəbə bölgədə terrorçuların ən əsas bazası hesab olunur.
SURİYA ORDUSU İDLİB ƏTRAFINDAKI İRƏLİLƏYİŞLƏRİNİ DAVAM ETDİRİR