Ərəbistanda Qaşıqçı işi ilə əlaqədar 5 nəfərə ölüm hökmü oxunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354504-Ərəbistanda_qaşıqçı_işi_ilə_əlaqədar_5_nəfərə_ölüm_hökmü_oxunub
Səudiyyə Ərəbistanı Prokurorluğu səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətlində təqsirləndirilən 5 nəfəri edama məhküm edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2019 16:13 Asia/Baku
  • Ərəbistanda Qaşıqçı işi ilə əlaqədar 5 nəfərə ölüm hökmü oxunub
    Ərəbistanda Qaşıqçı işi ilə əlaqədar 5 nəfərə ölüm hökmü oxunub

Səudiyyə Ərəbistanı Prokurorluğu səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətlində təqsirləndirilən 5 nəfəri edama məhküm edib.

İRNA-nın məlumatına görə, Ərəbistan məhkəməsi bazar ertəsi günü ittiham olunan digər üç nəfəri də 24 ilədək uzunmüddətli həbslərə məhküm edib.

Səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanının konsulluğuna müraciət etdikdən sonra oğurlanıb və qətlə yetirilib.

Türkiyə hökuməti tərəfindən yayılan məruzələrə əsasən, bu müxalif jurnalist Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın birbaşa göstərişi ilə qətlə yetirilib.