Həssan Dəyab Livanda baş nazir vəzifəsinə təyin edildi
-
Həssan Dəyab Livanda baş nazir vəzifəsinə təyin edildi
Livanda baş nazirin müəyyən edilməsi üçün parlament müzakirələri sona çatdı və Həssan Dəyan 69 səslə baş nazir seçildi.
Yeni hökumətin təşkili üçün yeni baş nazirə dəstək.
Livanın Maruni xristianlarının rəhbəri Bəşar Petrus Rai yeni hökumətin ən qısa zamanda təşkil olmasının vacibliyini vurğulayıb.
MM. Livan iflic durumdadır və yoxsullaşıb. Bütün siyasi qrupları yeni nazirlər kabinetinin təşkil edilməsində baş nazirə kömək etməyə çağırıram. Qurtuluş hökumətinin ən qısa zamanda iqtisadi problemlərin həllinə təşəbbüs göstərməsi lazımdır.
Livan Hizbullahının mərkəzi şurasının üzvü Şeyx Nəbil Qabuq da yeni baş naziri Milli Qurtuluş Hökumətinin təşkili və xalqın tələblərinin yerinə yetirilməsi üçün real fürsət adlandırıb.
MM. Bu ölkəmizin böhrandan qurtarması üçün həqiqi fürsətdir. Amerika Livan böhranından özünün siyasi məqsədləri üçün su-istifadə etmək istəyirdi amma Həssan Dəyanın baş nazir seçilməsi Amerikanın məkirli planının uğursuzluğuna səbəb oldu baxmayaraq ki, yenə də plan hazırlayır amma xalq müqavimət və səbrlə fitnəyə mane olacaq.
Dünən gecə də Amerika və sionist rejimin tabeliyində olan bir neçə ünsürün Beyrutun şəhidlər meydanında iğtişaş cəhdləri xalq və təhlükəsizlik qüvvələrinin diqqəti sayəsində nəzarətə alındı.
Livanın yeni hökumətinin baş naziri partiyalarla müzakirələrlə yanaşı etirazçı xalq nümayəndələri ilə də görüşdü və onlara bütöv, ixtisaslı və 20 nazirdən ibarət kiçik bir hökumət quracağı barədə söz verdi.
Həssan Dəyan 4-6 həftəyədək yeni nazirlər kabinetinin üzvlərini seçəcəyini və etimad səsi almaq üçün parlamentə təqdim edəcəyini bildirib.
HƏSSAN DƏYAN LİVANIN YENİ BAŞ NAZİRİ OLDU