Qaşıqçı; Bin Salmanın kabusu
-
Qaşıqçı; Bin Salmanın kabusu
Birləşmiş Millətlər Təşkilatı Camal Qaşıqçının qətli barədə bildirib ki, Səudiyyə məhkəməsi bu cinayət üçün ədaləti təmin etmir və gülüncdür. Amma öncə artıq beynəlxalq mövzuya çevrilmiş bu qətl barədə BMT Təhlükəsizlik Şurası iclas keçirməli idi.
Camal Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil oldu və hələ də oradan çıxmayıb. Bu sadə müəmmanın həlli üçün Birləşmiş Millətlər Təşkilatı aylarla yubandı və nəhayət hesabatı yayıldı.
Özü də məsələnin üstündən sürüşməyin əleyhinə olan jurnalistlərin israrı ilə.
Xanım Kalamardın hesabatı göstərir ki, Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlinin təfərrüatını silməyə cəhd göstərib. Bin Salman təqsirlidir.
Hesabatda Amerikadan da məhkəmə prossesini başlatması istənilir amma hansı Amerika? Ramsi Klark deyir:
Ramsi Klark : Hələ ki, öz səslərini sərvətləri hesabına ucalda bilənlərin gücü daha çoxdur, özü də Amerikanın iqtisadi cəhətdən kəskin ehtiyaclı olduğu bir zamanda.
Tramp son vaxtlar Səudiyyəlilər barədə demişdi: Əlimizdən gələn qədər bu sağmal inəyi sağmalıyıq və südü qutardıqda orta şərqi buraxmalıyıq.
Konqres Amerikanın Yəmən Müharibəsində Səudiyyə Ərəbistanına dəstəyinə son qoyulmasını istəyir. Tramp bu qərarı veto etdi, deməli hələ sağmal inəyin südü var.
Əlyumani demişkən: O dünyanı rəhbərlik edə bilməz, bu müqavilələr Amerika üçün sadəcə pulun önəm daşıdığı deməkdir.
Vaşinqton Post yazır: Camal Qaşıqçının işinə baxan məhkəmə saxtadır.
MKİ bildirib ki,Qaşıqçının qətlindən sonra Səudiyyə vəliəhdi 11 mesaj göndərib və bu da qətlin onun əmri ilə həyata keçirildiyini isbatlayır.