Əfqanıstanda qızlar müharibə və destabillik üzündən təhsildən geri qalırlar
-
Əfqanıstanda qızlar müharibə və destabillik üzündən təhsildən geri qalırlar
Əfqanıstanda qızların 60 faizindən çoxu müharibə, destabillik və yoxsulluq üzündən təhsili davam etdirə bilmir.
İRİB-in verdiyi məlumata görə, Qadın və Uşaqların Hüquqları üzrə Araşdırma Fondu bu gün özünün ən son rəy sorğusunda bildirib ki, Əfqanıstan qızlarının 63 faizi 15 yaşından öncə təhsili tərk edir.
Bu rəy sorğusunun nəticələrinə görə, respandentlərin 48 faizi müaribə şəraiti və təhlükəsizliyin olmaması , 31 faizi yoxsulluq və didərginliyi, 21 faiz isə məhdudlaşdırıcı adət-ənələri təhsildən uzaqlaşmalarının amilləri kimi sadalayıblar.
Əfqanıstanda təhsildən məhrum olan uşaqların sayı 3 milyon 700 min nəfərdir.
Əfqanıstanda müharibə şəraiti və təhlükəsizliyin olmaması elə bir şəraitdə bu ölkədə qızların təhsildən uzaqlaşmasının iki əsas amilini təşkil edri ki, BMT-nin uşaq fondu UNICEF son vaxtlar bildirdi ki, Əfqanıstanda orta hesabla gündə 9 uşaq ölür yaxud əlil olur.