Qaşıqçı qətli işinin hökmləri ədalətsizdir
-
Qaşıqçı qətli işinin hökmləri ədalətsizdir
BMT bir daha Ərəbistan məhkəmə aparatının Qaşıqçının qətli işindəki hökmlərini ədalətsiz adlandırıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisində məhkəmədənkənar, icmal və ya ixtiyari edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard dünən deyib ki, Ərəbistan hökuməti bu ölkənin tənqidçi jurnalisti Camal Qaşıqçının qətli işində son hökmləri verərək, qurbanlara qarşı öz qəbuledilməz hörmətsizliyini göstərdi.
Ərəbistanın məhkəmə aparatı ötən bazar ertəsi günü səud vəliəhdi Muhəmməd bin Salmana qarşı çıxan jurnalist Camal Qaşıqçını qətlə yetirmək günahı ilə beş nəfəri edama, üç nəfəri isə həbsə məhkum etdi.
BMT-nin xüsusi məruzəçisi vurğulayıb ki, bu hökmlər cinayətin əsas amillərinin azadlıqda olduqlarına görə, ədalətsiz və qəbuledilməzdir.
Kallamard bazar ertəsi günü də səudların Camal Qaşıqçının qətli işindəki bu hökmlərini “gülünc şou” adlandırmışdı.