İraqın Əl-Bina koalisiysı ABŞ hərbçilərinin bu ölkədən çıxarılmasına çağırıb
İraqın Əl-Bina koalisiyasının nümayəndəsi ABŞ-ın öz hərbçilərinin İraqda saxlanılmasına israr etməsini müharibə elanı kimi qiymətləndirib.
Fars Xəbər Agentliyinin məlumatına görə, İraqın Əl-Bina koalisiyasının nümayəndəsi Muhəmməd Əl-Bəldavi bu gün yanvarın 11-də qeyd edib ki, İraq öz suverenliyini qorumaq və ABŞ hərbçilərinin bu ölkədən çıxarılması üçün beynəlxalq dairələr və məhkəmələrə müraciət edəcəkdir.
İraqın baş naziri səlahiyyətlərini icra edən Adil Əbdül-Mehdi və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında baş tutan telefon danışığına işarə edən Əl-Bəldavi həmçinin, əlavə edib: "Əbdül-Mehdi Pompeodan ABŞ qüvvələrinin İraqdan çıxarılması mexanizmlərinin araşdırılması və hazırlanması üçün nümayəndə heyətinin göndərilməsini tələb edib".
Onun sözlərinə görə, ABŞ hərbçiləri İraq hökumətinin icazəsi olmadan bu ölkəyə daxil olur və İraqın hava məkanından icazəsiz istifadə edirlər.
Ötən cümə günü yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı ordu generalı Qasim Süleymaninin İraq dövlətinin rəsmi dəvətilə bu ölkəyə səfər etməsi və ABŞ qüvvələrinin terror əməliyyatı nəticəsində şəhid edilməsinin ardınca İraq parlamentariləri yanvarın 5-də ABŞ hərbçilərinin bu ölkədən çıxarılması ilə bağlı qərar qəbul ediblər.