Səudiyyə Ərəbistanı Əl-Hüdəydəni havadan hədəfə alıb
Yan 26, 2020 04:44 Asia/Baku
-
Səudiyyə Ərəbistanı Əl-Hüdəydəni havadan hədəfə alıb
Təcavüzkar Səudiyyə koalisiyası Yəmənin qərbində yerləşən Əl-Hüdəydə vilayətinə qarşı atəşkəs rejimini pozmaqda davam edir və bu vilayətin geniş ərazilərini raket və artileriya atəşinə tutub.
İRNA-nın verdiyi məlumata görə, təcavüzkar Səudiyyə koalisiyası dünən gecə Əl-Hüdeydənin Əl-Dürəyhəmi şəhərinin ətraf ərazilərini 30 raket və artileriya mərmisi ilə hədəfə alıb.
Bu hücumda Əl-Dürəyhəminin Əşşəcən kəndində sakinlərin evləri yanğına məruz qalıb.
Təcavüzkar Səudiyyə koalisiyası Heys və Əttəhita bölgələrini də raktlə hədəfə alıb.
2018-ci il 18 dekabrda İsveçdə Sənadan göndərilən heyətlə, Ərrəyad heyəti arasında Əl-Hüdəydə vilayətində atəşkəsə dair razılaşma imzalandı amma Səudiyyə koalisiyası hər gün bu atəşkəsi pozur.