Rus heyət B. Əsədlə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356772-rus_heyət_b._Əsədlə_görüşüb
Rusiya prezidenti Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti dünən Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2020 09:15 Asia/Baku
  • Rus heyət B. Əsədlə görüşüb
    Rus heyət B. Əsədlə görüşüb

Rusiya prezidenti Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti dünən Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.

İki tərəf bu görüşdə terror qruplarının təhlükəsiz bölgələrə qarşı hücumlarının davam etməsi sayəsində Hələb və İdlib vilayətlərinin durumu, eləcə də Suriya ordusunun bu hücumlarla mübarizə üzrə əməliyyatı barədə fikir mübadiləsi aparıb.

Əsəd və rus rəsmilər bu görüşdə Suriyada terrorizm mərkəzlərinin məhv edilməsinə təkid ediblər.

İki tərəf habelə Suriyadakı siyasi prosesi araşdırıb. Onlar bu ölkənin konstitusiya komitəsinin hər cür xarici müdaxilədən və ya bəzi tərəflərin siyasətbazlıqlarından uzaq  fəaliyyətini vurğulayıblar. 

Suriya əsas qanun komitəsinin yaradılması ideyası ilk dəfə "Suriya milli dialoq konfransı"nda irəli sürüldü.

"Suriya milli dialoq konfransı" 2018-ci il yanvarın 29-u və 30-u Rusiyanın Soçi şəhərində keçirildi.