Fələstin İslami Cihad hərəkatı Məsciduləqsada geniş iştiraka çağırıb
Fev 13, 2020 19:24 Asia/Baku
Fələstin İslami Cihad hərəkatı bir açıqlamada fələstinlilərdən istəyibdir ki, müqəddəslərin müdafiəsi və amerikan "əsrin sövdələşməsi" planının rədd edilməsi istiqmətində sabah Məsciduləqsada sübh namazında iştirak etsinlər.
Fələstin İslami Cihad hərəkatı bu açıqlamada sonra bildirib ki, Məsciduləqsaya gələ bilməyən kəslər bu müqəddəs məscidə dəstək əlaməti olaraq, Əlxəlil-dəki İbrahim məscidinə getsinlər.
Bu çağırış "Əzəmətli Fəcr" hərəkətinin davamında həyata keçirilir. Bu hərəkət ikinci aydır həyata keçirilməkdədir ki, Fələstin müqəddəslərinə dəstək verilmiş, həmçinin sionist qəsəbəsalmaların genişləndirilməsinə və sionistlərin qanunsuz şəkildə Məsciduləqsaya daxil olmalarına etiraz və "əsrin sövdələşməsi" ilə müxalifət edilmiş olsun.