Fələstinlilər sionist rejim ilə əlaqələrin adiləşdirilməsinə qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357892-fələstinlilər_sionist_rejim_ilə_əlaqələrin_adiləşdirilməsinə_qarşı_aksiya_keçiriblər
Ramullah şəhəri və İordan çayının qərb sahilində fələstinlilər işğalçı sionist rejim ilə əlaqələrin adiləşdirlməsinə qarşı etiraz aksiyası keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2020 09:14 Asia/Baku
  • Fələstinlilər sionist rejim ilə əlaqələrin adiləşdirilməsinə qarşı aksiya keçiriblər
    Fələstinlilər sionist rejim ilə əlaqələrin adiləşdirilməsinə qarşı aksiya keçiriblər

Ramullah şəhəri və İordan çayının qərb sahilində fələstinlilər işğalçı sionist rejim ilə əlaqələrin adiləşdirlməsinə qarşı etiraz aksiyası keçiriblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Ramullahda fələstinlilərin aksiyası, Fələstin muxtariyyəti başçılarından bir qrupunun son günlər Təl-Əvivdə sionist rejim başçıları ilə görüşünə qarşı keçirilib. 

Fələstinli qruplar, cərəyanlar və Fələstin xalqı son günlər Fələstin muxtariyyəti başçılarının sionist rejim başçıları ilə görüşünü pisləyiblər. 

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bildirib ki, Fələstin xalqının Fələstin muxtariyyətindən tələbi İsrail və Amerika ilə əlaqələri tamamiylə kəsməsidir. 

Fələstin xalqının sionist rejim ilə əlaqələrin adiləşdirilməsinə qarşı etiraz aksiyası elə bir şəraitdə keçirilir ki, ABŞ prezidenti Donald Tramp 28 yanvarda sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birlikdə "əsrin sövdələşməsi" adlı rasist planı təqdim etdi. 

"Əsrin sövdələşməsi" ABŞ dövlətinin Fələstin xalqının hüquqlarını məhv etmək məqsədini güdür və Fələstin xalqı və qruplarının və dünyanın bir çox ölkəsinin geniş müxalifəri ilə üzləşmişdir.