Suriya ordusu ABŞ-ın zirehli avtomobillərinin hərəkətinin qarşısını alıb
-
Suriya ordusu ABŞ-ın zirehli avtomobillərinin hərəkətinin qarşısını alıb
Suriya ordusu bu ölkənin şimal-şərqində yerləşən Qamışlı bölgəsinin ətrafında ABŞ ordusunun zirehli avtomobillərinin hərəkətinin qarşısını alıb.
Suriya ordusunun Qamışlı bölgəsinin ətrafındakı Hamu kəndində yerləşən yoxlama-buraxılış məntəqəsi Amerika ordusunun “Hamvi” tipli 11 zirehli avtomobilinin hərəkətinə mane olub.
Hamu kəndinin sakinləri zirehli avtomobilləri daşa basıb və amerikalı hərbçilər bu bölgəni tərk etməyə məcbur olublar.
Bundan öncə də Amerikanın dörd hərbi avtomobili Suriyanın Həsəkə vilayətində bu ölkə ordusunun yoxlama-buraxılış məntəqəsi tərəfindən dayandırılmışdı ki, bu da amerikalılarla yerli sakinlər arasında toqquşmaya bais olmuş və ABŞ hərbçiləri tərəfindən atəşin açılması ilə bir Suriya vətəndaşı ölmüş, bir nəfər də yaralanmışdı.