Sionist rejim iqtisadiyyatı dağılır
Bir sionist qəzet bu rejim iqtisadiyyatının koronavirus pandemiyası nəticəsində dağılması haqda xəbərdarlıq edib.
Haarets dünən bir reportajda işğal olunmuş ərazirlərdə koronavirus epidemiyası və Netanyahunun nazirlər kabinetinin bu xəstəliklə mübarizədəki acizliyi haqda xəbərdarlıq edərək, yazıb ki, işğal olunmuş ərazilərin bağlanması və komendant saatının beş həftə sürməsi ümumi daxili istehsalın orta hesabla doqquz faiz azalmasına səbəb olacaq və əgər bu müddət 12 həftə sürərsə, bu istehsal azalması 18 faiz olacaqdır.
Bu məlumata görə, belə bir qərarın törədəcəyi iqtisadi ziyan və xəsarətlərin dəyəri 30-70 milyard dollar civarında olacaqdır.
Bu reportajda sonra deyilir ki, yüz minlərlə sionist, işsizlər və yoxsullar ordusuna əlavə olacaq. Bu da sionist rejim iqtisadiyyatı üçün əsl bir təhlükə deməkdir.
Haarets vurğulayıb ki, sionist rejimin maliyyə süqutu böyük bir müsibətə səbəb olacaq və onun təhlükəli nəticələri olacaqdır.
Sionist rejimin səhiyyə nazirliyi dünən bildirib ki, işğal olunmuş ərazirlərdə koronavirusa yoluxanların ümumi sayı 3865 nəfərə çatıb və 12 nəfər də ölübdür. Yoluxanlardan 66 nəfər də ağır şəraitdədir.
SİONİST REJİM İQTİSADİYYATI ÇÖKÜR