Sionist rejim Fələstin Muxtariyyətinin vergi gəlirlərini dondurub
Sionist rejim məhkəməsi Fələstin Muxtariyyətinin vergi gəlirlərindən 127 milyon dolların dondurulması haqda göstəriş verib.
Sionist rejim məhkəməsinin bu qərarı məhkəmənin öncəki qərarının ardınca verilibdir. Həmin qərar Fələstin Muxtariyyətini bir çox şəhadətsevər əməliyyatın məsul tərəfi kimi təqdim etmişdi.
Bu hökmə əsasən, öncə Fələstin Muxtariyyətinin dondurulumuş bütün maliyyələrinin müvəqqəti olaraq, saxlanılması barədə göstəriş verildi və qərara alındı ki, ikinci etapda lazım gələrsə, Fələstin Muxtariyyətinə vergi verənlərin vəsaitlərindən 50 milyon şekel saxlanılsın.
Sionist rejim iddia edir ki, Fələstin Muxtariyyəti vergi pulundan fələstinli əsirlərin və şəhadətsevər əməliyyat qurbanlarının ailələrinə kömək üçün istifadə edir.
Sionist rejimin xəfiyyə kabineti keçən il də bu rejimin müharibə naziri Naftali Benetin Fələstin Muxtariyyətinin vergi gəlirlərindən 43 milyon dolların dondurulması haqda təklif etdiyi plan ilə razılaşmışdı.