Səudiyyə rejimi Yəmənə qarşı cinayətlərinə davam edir
Səudiyyə rejiminin təcavüzkar koalisiyasının muzdluları sərhəd bölgəsində Cizan əyalətinə bir neçə dəfə zərbələr endirib.
Səudiyyə rejiminin koalisiyasının qırıcıları atəşkəsin elan olunmasına baxmayaraq, Yəmənin yaşayış məntəqələrini bombalayır. Səudiyyə rejiminin təcavüzkar koalisiyasının muzdluları sərhəd bölgəsində Cizan əyalətinə bir neçə dəfə zərbələr endirib.
SəhərAzeri-in Parstoday-a istinadən verdiyi xəbərə görə, Səudiyyə rejiminin təcavüzkarları həmçinin Sana əyalətinin şimal-şərq hissəsindəki Nohm şəhərinə hücum edərək, bir neçə evi dağıdıblar. Hücumlar, Səudiyyə rejiminin koalisiya qüvvələrinin Yəməndəki rəsmi nümayəndəsi Türki əl-Malikinin atəşkəsin daha bir ay uzadılmasını elan etdiyi ərəfədə baş verdi. Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə, 2015-ci ilin mart ayından etibarən Yəməni havadan, qurudan və dənizdən mühasirəyə alaraq ölkəyə qarşı hərbi təcavüz həyata keçirilir. Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndəki militarizm siyasəti 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına səbəb olub və milyonlarla dinc sakinin qaçqın həyatı yaşayır. Səudiyyə rejiminin hərbi təcavüzü ölkədə kəskin qida və dərman qıtlığı yaradaraq, Yəmən xalqının yaşayışını daha da çətinləşdirib.