May 09, 2020 08:15 Asia/Baku
  • Səud qırıcıları 43 dəfə Yəmən bölgələrini bombalayıblar

Təcavüzkar səud koalisiyası Yəməndə atəşkəsin elan olunmasına rəğmən, bir daha bu ölkənin mülki bölgələrini hədəfə alıbdır.

Yəmənin Əlməsirə telekanalı dünən gecə bu ölkənin bir hərbi mənbəyinə istinadla bildiribdir ki, təcavüzkar səud koalisiyasının qırıcıları ötən sutka ərzində Yəmənin Marəb vilayətinin qərbində yerləşən Sərvah rayonunu 20, Əlcuf vilayətindəki Xubb və Əlşəəf bölgələrini 21, Səədə vilayətindəki Baqəm bölgəsini isə iki dəfə bombalayıblar.

Təcavüzkar səud koalisiyası aprelin 9-da Yəməndə birtərəfli atəşkəsin başlandığını bildirdi. İddia etdi ki, koronavirusla mübarizə üzrə səylərə kömək məqsədilə Yəmənə qarşı bütün hava və quru hücumlarını dayandırır və qarşı tərəfin yaxşı qarşılayacağı təqdirdə, bu atəşkəs uzadıla bilər. Amma səudların Yəməndəki nümayişkaranə atəşkəslərindən bir saat keçməmiş, bu koalisiya özünün birtərəfli atəşkəsini pozdu.

Yəmənlilər səud koalisiyası tərəfindən atəşkəsin elan olunmasını öz qüvvələrini bərpa etmək üçün zamanın satın alınması istiqamətində Ərəbistanın taktikası hesab edirlər.

SƏUD QIRICILARI 43 DƏFƏ YƏMƏN BÖLGƏLƏRİNİ BOMBALAYIBLAR

Teqlər