Ərəb Liqası İraqda yeni hökumətin təşkilini alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361534-Ərəb_liqası_İraqda_yeni_hökumətin_təşkilini_alqışlayıb
Ərəb Liqasının baş katibi parlamentin etimad səsi ilə İraqda yeni hökumətin təşkilini alqışlayıb və bu birliyin Bağdad ilə həmkarlığını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2020 03:46 Asia/Baku
  • Ərəb Liqası İraqda yeni hökumətin təşkilini alqışlayıb

Ərəb Liqasının baş katibi parlamentin etimad səsi ilə İraqda yeni hökumətin təşkilini alqışlayıb və bu birliyin Bağdad ilə həmkarlığını vurğulayıb.

Əhməd Əbulqeyt dünən bir bəyanatda Ərəb Liqasının İraqı himayə etdiyini vurğulayıb. Bildirib ki, bu birlik İraqın təhlükəsilziyi və birliyinin qorunmasına səbəb olan məsələ barədə həmin ölkənin yeni hökuməti ilə həmkarlıq etməyə hazırdır.

Əbulqeyt İraqın yeni nazirlər kabinetinin təkmilləşdirilməsinin sürətləndirilməsini istəyib. Qeyd edib ki, bu yolla yeni hökumət qarşısında duran problemlərlə mübarizə apara və İraq xalqının qanuni tələblərini həyata keçirə bilər.

Mustəfa Əlkazimi cümə axşamı günü səhər tezdən İraq parlamentinin əksəriyyət səsini qazanaraq, bu ölkənin baş naziri kimi rəsmi şəkildə öz işinə başladı.

ƏRƏB LİQASI İRAQDA YENİ HÖKUMƏTİN TƏŞKİLİNİ ALQIŞLAYIB