Təl-Əvivdə sionist rejimin yeni nazirlər kabinetinə qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361607-təl_Əvivdə_sionist_rejimin_yeni_nazirlər_kabinetinə_qarşı_aksiya_keçirilib
Təl-Əvivdə yüzlərlə etirazçı Benymin Netanyahunun başçılığı altında sionist rejimin yeni nazirlər kabinetinin təşkili ilə müxalifətdə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2020 11:20 Asia/Baku
  • Təl-Əvivdə sionist rejimin yeni nazirlər kabinetinə qarşı aksiya keçirilib

Təl-Əvivdə yüzlərlə etirazçı Benymin Netanyahunun başçılığı altında sionist rejimin yeni nazirlər kabinetinin təşkili ilə müxalifətdə aksiya keçirib.

Aksiyaçılar dünən gecə Təl-Əvivin mərkəzində yerləşən Rabin meydanında sionist rejimin baş naziri Benymin Netanyahunun korrupsiya işlərinə malik olduğuna görə, yeni nazirlər kabinetinin başında olması ilə müxalifət ediblər.

Etirazçılar Netanyahuya qarşı şüarlar veriblər.

Sionist rejim parlamenti- knesset-in üzvləri ötən cümə axşamı günü

Likud partiyasının sədri Benyamin Netanyahu və «Mavi və Ağ» partiyasının sədri Benni Qantsın dövri baş nazrilik razılaşması əsasında koalisiya hökuməti təşkil etmələrinin lehinə səs verdilər.

Bu razılaşmaya görə, Netanyahu il yarım müddətinə baş nazir olacaq, ondan sonra isə Benni Qants bu vəzifəyə keçəcəkdir.

TƏL-ƏVİVDƏ YENİ HÖKUMƏTƏ QARŞI AKSİYA KEÇİRİLİB