May 15, 2020 11:56 Asia/Baku
  • Koronavirus Yəmənin problemlərini ikiqat artıracaq

BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qriffits cümə axşamı günü koronavirusun Yəməndə yayılması barədə xəbərdarlıq edib. Bildirib ki, bu virus və dünyanın iqtisadi inkişafının azalması hər bir ölkədən daha çox problemlərə düçar olmuş Yəmən xalqı üçün daha artıq müsibət və əzab gətirəcək.

SaharAzeri-in verdiyi məlumata görə, Qriffits BMT Təhlükəsizlik Şurasının Yəmən barədəki iclasında vurğulayıb ki, Yəmən koronavirus pandemiyası qarşısında olduqca kövrəkdir. O, deyib ki, koronavirus bu ölkənin problemlərini ikiqat artıracaq.

Səud koaliyasının Yəmənə qoşun yeritməsindən beş ildən çox bir vaxt keçir. Bu müddətdə Yəmən bu koalisiya tərəfindən quru, dəniz və havadan mühasirəyə alınıb və ən kəskin hava və quru hücumlarına məruz qalıbdır.

Səud koalisiyasının Yəmənə qarşı savaşının ağır nəticələrinin kənarında koronavirusun bu ölkədə yayılması Yəmən üçün ən böyük problemə çevrilibdir. Zira bu ölkənin səhiyyə və xəstəxana infrastrukturları məhv olub və ya fəaliyyətini dayandırıbdır.

KORONAVİRUS YƏMƏNİN PROBLEMLƏRİNİ İKİQAT ARTIRACAQ

Teqlər