May 25, 2020 08:39 Asia/Baku
  • ABŞ-ın yeni hərbi təchizatları Əlhəsəkəyə daxil olub

Amerika ordusu 50 yük maşınından ibarət hərbi karvanını hərbi vertolyotlarla yanaşı Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətinin Əlşədadi şəhərinə göndərib.

SəhərAzəri xəbər verir, Amerika Suriyanın Əlhəsəkə vilayətinin neft quyularının yaxınlığına yeni hərbi təchizatlar göndərməklə öz bazalarını bərpa etmək və "əsrin sövdələşməsi" planını qəbul etməsi üçün Suriya hökumətinə təzyiq göstərmək niyyətindədir.

Suriyanın şimal-şərqindəki Əlriqqə şəhərinin terrorçuların caynağından azad edilməsindən sonra amerikalılar terror qruplarını yenidən bu bölgənin bəzi hissələrində yerləşdirməyə çalışırlar.

Ötən günlərdə də Əlhəsəkə ətrafında yerləşən Əldəşişə və Əlqahirə kəndlərinin sakinləri amerikalı hərbçilər karvanının keçidinin qarşısını alıblar. Onlar şüarlar verərək, xarici qüvvələrin Suriya ərazisində iştirakı ilə öz müxalifətlərini elan ediblər.

Suriyanın şimal-şərq sakinləri dəfərlərlə amerikalı hərbçilərin bölgədəki gediş-gəlişlərinin qarşısını alıblar.

Amerika və müttəfiqləri terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə və Suriya hökumətinin icazəsi olmadan bu ölkədə hərbi iştiraka malikdirlər.

Suriya hökuməti dəfələrlə vurğulayıbdır ki, Amerikanın və müttəfiqlərinin Suriyadakı hərəkətləri bu ölkənin işğal edilməsi deməkdir.

Teqlər