Yəmən böhranı dünyada ən pis insan böhranıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362300-yəmən_böhranı_dünyada_ən_pis_insan_böhranıdır
BMT-nin insan haqları üzrə ali komissarlığının sözçüsü dünən Yəmən böhranının dünyada ən pis insan böhranı olduğunu bildirib. O, yəmənlilərə beynəlxalq dəstəyin verilməsini istəyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2020 04:05 Asia/Baku
  • Yəmən böhranı dünyada ən pis insan böhranıdır

BMT-nin insan haqları üzrə ali komissarlığının sözçüsü dünən Yəmən böhranının dünyada ən pis insan böhranı olduğunu bildirib. O, yəmənlilərə beynəlxalq dəstəyin verilməsini istəyibdir.

SəhərAzəri xəbər veriri, Elizabet Trossel yəmənlilərin durumunu dəhşətli adlandırıb. Deyib ki, maliyyə yardımları çatışmazlığı Yəməndə humanitar proqramı hədələyir.

Ümumdünya Ərzaq Proqramı son zamanlar Yəməndə 18 milyon nəfərin qida təhlükəsizliyindən məhrum olduğunu bildirib və bu haqda xəbərdarlıq edibdir.

Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edərək, bu ölkəni və quru, dəniz və havadan mühasirəyə aldı. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki müharibəsi bu günə qədər 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.Ərəbistanın hərbi təcavüzü, yoxsul Yəmənin ölkəsini qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.