ABŞ-ın dəstəklədiyi kürd yaraqlıları Suriya vətəndaşlarını hədəf alır
Suriya mediası kürd yaraqlılarının Suriyalı nümayişçiləri hədəfə aldığını, bir mülki şəxsin ölüb, 3 nəfərin isə yaralandığını bildirib
SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA, Əl-Şəddadi şəhəri sakinlərinin (Əl-Həsəkə-Suriyanın şimal-şərqində) cümə axşamı günü etiraz nümayişi keçirdiklərini, "Suriya Demokratik Qüvvələri" kimi tanınan kürd yaraqlılarının onlara qarşı atəş açaraq bir Suriya vətəndaşını öldürüb, daha 3 nəfəri yaraladıqlarını bildirib.
Yerli mənbələr SANA-ya bildiriblər ki, əl-Şəddadi əhalisi kürd yaraqlılarının xaos, adam oğurluğu, qətl, girov götürmə və təzyiqlərinə etiraz olaraq küçələrə çıxıb.
Əl-Şəddadi əhalisi küçələrə şinlər qoyaraq kürd yaraqlılarının qəddar hərəkətlərinə qarşı şüarlar səsləndirərək şəhərin əsas yollarını bağlayıblar.
Bundan əvvəl Suriya mənbələri ABŞ-ın hərbi təlim kursları keçirərək yaraqlıları cəlb etdiyini bildirmişdi.