İyun 06, 2020 15:37 Asia/Baku
  • Ərəb Liqası:

Ərəb Liqası Qərb sahilinin bir hissəsini sionist rejim tərəfindən işğal edilmiş ərazilərə birləşdirmək planının icrasını müharibə cinayəti kimi xarakterizə edib.

SaharAzeri xəbər verir, Ərəb Liqası cümə günü Qərb sahili, şərqi Qüds, Qəzzə zolağı və Suriyanın  Colan təpələrinin işğal edilməsinin 53-cü il dönümü münasibətilə bir bəyanat yayıb. Bəyanatda deyilir; "Sionist rejimin Qərb sahilindəki Fələstin ərazilərinin bir hissəsini ilhaq etmək planının icrasına dair qərarı yolverilməz və beynəlxalq hüquq normalarına zidddir". Bu bəyanatda paytaxtı Qüdsi-Şərif olmaqla, müstəqil Fələstin ölkəsinin təşkil edilməsi İslam Ümmətinin əsas məqsədi olduğu və onsuz regionda sülh və sakitliyin yaranmayacağı diqqətə çatdırılıb.

Ərəb Liqası, həmçinin öz bəyanatında, sionist rejimin ilhaq etmə planının nəticələri barədə xəbərdarlıq edərək, bildirib ki, bu hərəkət beynəlxalq qanunların pozulması deməkdir və qlobal sülh və təhlükəsizlik üçün təhdid sayılır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu son vaxtlar İordan çayinin qərb sahilinin bir hissəsini bu rejimin nəzarəti altında olan işğal olunmuş ərazilərə birləşdirmək planının yaxın aylarda həyata keçiriləcəyindən xəbər verib.

Bu mövzu ABŞ prezidenti Donald Tram tərəfindən 2020-ci il yanvarın 28-də açıqlanan "Əsrin irqçi sövdələşməsi"nin bəndlərindən biridir.

"Əsrin sövdələşməsi" ABŞ hökuməti tərəfindən irəli sürülən yeni bir plandır və Fələstin xalqının hüquqlarını məhv etmək məqsədi daşıyır. Bu plan bəzi ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanının əməkdaşlığı və razılığı ilə hazırlanıb. 

Dünyanın bir çox ölkəsi, şəxsiyyətləri, dini və siyasi qurumları, xüsusilə müsəlmanlar bu planı qınayıblar. 

 

Teqlər