Bağdad: Türkiyənin hücumlarına cavab vermək üçün BMT-yə müraciət edirik
İraq Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Türkiyə İraqın Şimalindaki müdaxilələri üçün, milli təhlükəsizliyini qorumağı bəhanə gətirir
SəhərAzəri isna.ir-a istinadla xəbər verir, İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf Əl-Mayadinə deyib: biz İraqın şimalındakı əməliyyatla əlaqədar Türkiyə səfirinə etiraz etdik və eyni halda bu əməliyyatlara cavab vermək üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq təşkilatlara müraciət edəcəyik.
Əl-Səhaf deyib: “İraq diplomatiyası Türkiyə ilə münasibət qurmaq üçün beynəlxalq hüquqa güvənir. Türkiyə öz milli təhlükəsizliyini qorumaq bəhanəsi ilə ölkəmizin şimalında əməliyyat keçirir.”
Əl-Səhaf İraqın suverenliyinə hörmətin və İraq torpağında hər hansı bir hərəkət üçün rəsmi dayirələrdən ica zı alınmasının vacib olduğunu vurğulayıb.
İraq Xarici İşlər Nazirliyi, cümə axşamı günü Türkiyənin Bağdaddakı səfirini çağıraraq, o ölkənin İraqın şimalındakı əməliyyatlarına etirazını bildirdi.
Türkiyə bu yaxınlarda İraqın şimalında Kürdüstan İşçi Partiyasına (PKK) qarşı əməliyyatlara başladı.