İyun 26, 2020 14:10 Asia/Baku
  • Fransa səud koalisiyasına silah satmaq ardıncadır

Yayılan yeni məlumata görə, Fransa 2019-cu ilin mart ayınadək Ər-Riyada 1,4 milyard, Qahirəyə isə 1 milyard avro dəyərində silah satıbdır.

SəhərAzəri xəbər verir, Human Rights Watch təşkilatı beşinci il dalbadal Fransadan istəyibdir ki, səud koalisiyasına silah satışını dayandırsın, zira bu koalisiya hərbi cinayətlər törətməkdə ittiham olunur.

m.x.- Məncə, Ərəbistanın Yəmənə təcavüzü əslində sionist rejim və Amerikanın maraqlarının təminedicisidir. Fransa səud koalisiyasına silah göndərmək siyasətini davam etdirməklə bu təcavüzün birbaşa iştirakçısıdır.

Stokholm beynəlxalq sülh araşdırmaları müəssisəsinin bildirdiyinə görə, Fransanın Yəmən savaşının başlandığı 2015-ci ildən 2019-cu ilədək olan müddətdəki silah satışı 72%-lik artıma malik olubdur. Bu elə bir şəraitdədir ki, bir tərəfdən Yəməndə koronavirus epidemiyası Qərbi Asiyanın ən yoxsul ölkəsinin vücuduna yeni bir yara vurub, digər tərəfdən isə səud koalisiyasına silah satışı ilə bağlı xəbərlər yayan müxbirlərin istintaq edilmələri hələ də Fransada davam etməkdədir.

m.a- Yəmənlə bağlı bir çox problemlər mövcuddur. Amma Fransada və ya Avropada Yəmən haqda az danışıldığı üçün bir kəsin onlardan xəbəri yoxdur və bu barədə məlumat verənləri də təqib edirlər.

Human Rights Watch təşkilatı həmçinin Ümumdünya Səhiyyə Təşkilatının son məlumatını Fransanın dövlət başçılarının nəzərinə çatdırır ki, 28 milyon nəfərlik Yəməndə koronavirus xəstələrinin müalicəsində istifadə olunan yalnız bir neçə yüz mexaniki ventilyator aparatı var.

Fransa hökumətinin Ərəbistana silah satışını artırdığı bir şəraitdə bu ölkə parlamentinin daxilindən zəif və faydasız olsa da müxalif səslər eşidilir.

Teqlər