BAT Britaniyanın Ərəbistana silah satışını bərpa etməsinə qarşı çıxıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364315-bat_britaniyanın_Ərəbistana_silah_satışını_bərpa_etməsinə_qarşı_çıxıb
Beynəlxalq Amnistiya Təşkilatı Britanıyanın Ərəbistana yenidən sılah satışına başlamasını qınayıb və bu Avropa ölkəsində silah satışına nəzarət sisteminin islah edilməsinə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2020 14:21 Asia/Baku
  • BAT Britaniyanın Ərəbistana silah satışını bərpa etməsinə qarşı çıxıb

Beynəlxalq Amnistiya Təşkilatı Britanıyanın Ərəbistana yenidən sılah satışına başlamasını qınayıb və bu Avropa ölkəsində silah satışına nəzarət sisteminin islah edilməsinə çağırıb.

SaharAzeri xəbər verir, Əl-Cəzirə telekanalının məlumatına görə, Beynəlxalq Əfv Təşkilatı Britaniyanın ticarət nazirinin  Ərəbistana silah satışını bərpa etmək ilə bağlı açıqlamasına reaksiyada, Ər-Riyada silah satışının qadağan edilməsini çağırıb.

Liz Truss iyulun 7-də Britaniyanın İcmalar palatasında çıxışı zamanı iddia edib ki, aparılan araşdırmalara əsasən, Ərəbistana hərbi silah satışının heç bir təhlükəsi yoxdur və bu silahlardan ciddi insan haqları pozuntularında istifadə ehtimalı yoxdur.

İnsan hüqaqları müdafiəçiləri Britaniya hökumətinin Ərəbistana silah satmağa dair qərarını utandırıcı hərəkət kimi dəyərləndiriblər.

Britaniya Yəmən müharibəsinin başlanmasından bəri Ərəbistana təxminən beş milyard funt sterlinq dəyərində silah ixracatına icazə verib və səud qüvvələrinin təlimində böyük rol oynayıbdır.

Daily Maverik portalı bu yaxınlarda Britaniyanın hərbi dəniz donanmasının səud koalisiyası qüvvələrinə lazımi təlimlər keçərək, Yəmən limanlarının mühasirəsində kömək etdiyini ifşa edib.

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin mart ayından Yəmənə hücum edib və bu ölkəni blokadaya alıb.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə hərbi hücumları on minlərlə insanın ölümü və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.