İyul 19, 2020 08:02 Asia/Baku
  • Liviyaya müdaxilə edən ölkələrə qarşı sanksiya təhdidi

Almaniya, İtaliya və Fransa dünən birgə bəyanatda təhdid ediblər ki, Liviyaya müdaxilə edən ölkələri sanksiya edəcəklər.

SəhərAzəri xəbər verir, Bu üç Avropa ölkəsi qeyd olunan bəyanatda bildiriblər ki, Liviyada silah embarqosunu pozan xarici güclərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutmağa hazırdırlar.

Almaniya, İtaliya və Fransanın birgə bəyanatında deyilir: Biz bütün xarici oyunçulardan istəyirik ki, özlərinin həddini aşan müdaxilələrinə son qoysun və BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş silah sanksiyasına tam şəkildə hörmət etsinlər.

Liviya bu ölkədə Muəmmər Qəzzafinin diktatura hökumətinin devrilməsilə nəticələnən Liviya xalqının 2011-ci il inqilabından bəri Amerikanın, həmçinin bəzi Avropa və region ölkəsinin müdaxilələri ilə siyasi səbatsızlıq və zorakılığa düçar olubdur.

 

Teqlər