İyul 26, 2020 21:22 Asia/Baku
  • Sionist rejim Hizbullahın reaksiyasından qorxur

Sionist rejimin xarici işlər naziri Təl-Əvivin BMT vasitəsilə Livan Hizbullahına mesaj göndərməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Qabi Eşkenazi bu mesajın detallarına toxunmadan deyib ki, sionist rejimin mesajının məzmunu bundan ibarətdir ki, Təl-Əvivin Əli Muhsinin Dəməşqdə olmasından xəbəri olmayıbdır.

Sionist rejimin ötən həftə Dəməşqin ətrafına qarşı hava hücumunun ardınca Livan Hizbullahı bir açıqlamada bildirdi ki, bu hərəkatın qüvvələrindən olan Əli Kamil Muhsin şəhid olubdur.

Ötən günlər ərzində bəzi media mənbələri yazıblar ki, sionist rejim ordusu Livan Hizbullahının, öz qüvvələrindən birinin şəhid olmasına görə, cavab verəcəyindən qorxaraq, Livan sərhədində hərbçiləri və hərbi təchizatlarını artırıbdır.

Teqlər