Avq 25, 2020 14:54 Asia/Baku
  • İdlibdə Türkiyə-Rusiya post patruluna hücum edilib, yaralananlar var

Suriyanın İdlib əyalətində Rusiya-Türkiyə post patrul qüvvələri hədəfə alınıb. İki hərbi polis yaralanıb.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir, bu barədə Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat verib.

Bildirilib ki, radikal qruplaşmalar İdlibin M4 magistral yolunda birgə post-patrul zamanı Rusiyanın bir ədəd zirehli transportyorunu minaatanla hədəfə alıblar.

Burada Rusiyanın hərbi polis qüvvələrindən ikisinin yaralandığı bildirilir.

Suuriyanın əl-Vətən qəzeti bildirib ki, bu, Rusiya-Türkiyə hərbi polis qüvvələrinin birgə post-patrulu zamanı həyata keçirilən beşinci hücumdur.

Teqlər