Koronavirus infeksiyasına yoluxma hallarının sürətlə artmasının ardınca
İşğal olunmuş Fələstin ərazilərində üç həftəlik qapanma elan olunub
Fələstinin işğal olunmuş ərazilərində koronavirusun geniş yayılması ilə sionist rejim rəsmiləri bu ərazilərdə üç həftəlik qapanma elan ediblər.
Səhər Azəri bildirir ki, sionist rejimin Nazirlər Kabineti dünən elan edib ki, qapanmaya evlərdən 500 metrdən çox uzaqlaşmamaq habelə, məktəblər, bazarlar, otellər və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması daxildir.
Son 24 saat ərzində daha min nəfərdə koronavirus aşkarlanıb, beləliklə də Fələstinin işğal olunmuş ərazilərində koronavirusa yoluxanların ümumi sayı 154 min nəfərə çatıb, 513 xəstənin vəziyyəti isə ağırdır.
"İsrail Tayms" xəbər portalının məlumatına görə, bu ərazilərdə indiyədək min 108 nəfər koronavirusdan həyatını itirib.
Bu yaxınlarda Sionist rejimin Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmiləri Təl-Əvivin işğal olunmuş ərazilərdə koronavirusun yayılma prosesinə nəzarət etmək üçün geniş bir şəbəkənin yaradılması və bu virusun diaqnozu üçün çoxlu sayda testlərin aparılması üçün lazımi tədbirləri görmədiyini və ikinci dalğaya hazır olmadığını açıqlayıblar.