Sen 18, 2020 14:14 Asia/Baku
  • AP Ərəbistana qarşı silah embarqosunun tətbiq edilməsini istəyib

Avropa Parlamenti Səudiyyə Ərəbistanına qarşı silah embarqosunun tətbiq edilməsini istəyib.

SəhərAzəri xəbər verir, Avropa Parlamenti Ərəbistanın Yəmən savaşında mülkiləri qırğın etməsinə və səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətlindəki roluna görə, səudiyyə rejimi əleyhinə silah embarqosunun tətbiq edilməsini istəyib.

Avropalı qanunvericilər Avropa Birliyinin cümə axşamı günü təsdiq olunan silah ixracatına dair məlumatında birliyin bütün üzvlərindən istəyiblər ki, səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətlinə etiraz əlaməti olaraq, Səudiyyə Ərəbistanına öz silah ixracatlarına məhdudiyyətlərin tətbiq olunmasında Almaniya, Finlandiya və Danimarka meyarından istifadə etsinlər.

Səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın ikisində Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Ərriyaddan göndərilmiş məmurlar tərəfindən qəddarcasına qətlə yetirildi. Qaşıqçının adı səudiyyə rejimi tərəfindən təqib olunan şəxslər siyahısında idi. O, həbs olunmaq qorxusundan Səudiyyə Ərəbistandan kənarda yaşayırdı.Qərarda həmçinin belə bir cəhətə də işarə olunubdur ki, Ərəbistana, əmirliklərə və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın digər üzvlərinə ixrac edilən silahlardan/ 22 milyon insanın humanitar yardıma və mühafizə tədbirlərinə ehtiyac duyduğu Yəmənə qarşı müharibədə istifadə olunubdur.Beynəlxalq təşkilatlar və insan haqları orqanları indiyədək dəfələrlə ABŞ-dan və təcavüzkar səud koalisiyasını himayə edən digər ölkələrdən Ərəbistana silah ixracını dayandırmalarını istəyiblər.

Səudiyyə Ərəbistanı Amerikadan və digər Qərb ölkələrindən iri həcmdə silah və sursat satın alaraq, Yəmənin müdafiəsiz xalqını qırğın etməklə məşğuldur.

Teqlər