Sen 25, 2020 13:01 Asia/Baku
  • Suriyanın şimal-şərqində partlayış törədilib

Suriyanın şimal-şərqində bir avtomobil partlayıb

Səhər Azəri bildirir ki, informasiya mənbələri dünən gecə Suriyanın şimal-şərqində yerləşən əl-Həsəkəh vilayətinin Rəəsuləyn şəhərinin ətrafındakı «Bəldə Təl» qəsəbəsində bomba qoyulmuş bir avtomobilin partlamasından xəbər veriblər.

Bu partlayışda azı üç nəfər ölüb, on bir nəfər isə yaralanıbdır.

Əl-Həsəkəh vilayətinin şimal-qərbində yerləşən Rəəsuləyn şəhəri Türkiyə ordusunun və bu ölkənin dəstək verdiyi terror qruplarının işğalı altındadır.

Türkiyənin işğalçılığı nəticəsində Suriyanın şimal şəhərləri vaxtaşırı bomba qoyulmuş avtomobil və motosikletlərin partlamasının şahididirlər.

Hazırda Suriyanın şimalındakı bölgələr Türkiyə ordusunun işğalı altındadır.

Türkiyə ordusu ötən üç il ərzində dəfələrlə Suriya ərazisinə təcavüz edibdir.

Türkiyə Suriyadakı terror qruplarının əsas himayədarlarından biridir.

Türkiyənin Suriyanın şimalına qarşı təcavüzləri beynəlxalq səviyyədə geniş şəkildə pislənibdir.

Teqlər